Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi “Nyu-York Niks”in keçmiş müdafiəçisi, adı Basketbol Şöhrət Zalına daxil edilmiş, ikiqat çempion Dik Barnett 88 yaşında vəfat edib.
Ölkə.az xəbər verir ki, bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.
Onun ölümün təfərrüatları açıqlanmayıb.