AZ

NBA çempionu vəfat etdi

Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi “Nyu-York Niks”in keçmiş müdafiəçisi, adı Basketbol Şöhrət Zalına daxil edilmiş, ikiqat çempion Dik Barnett 88 yaşında vəfat edib.

Msport.az xəbər verir ki, bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.

Ölümün təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, D.Barnett 1965-1973-cü illərdə “Nyu-York Niks”in formasını geyinib və bu müddət ərzində iki dəfə NBA çempionu olub. Müdafiəçinin 12 nömrəli forması klub tərəfindən əbədiləşdirilib. O, “Nyu-York Niks” tarixində ən çox xal qazanan 9-cu oyunçudur. Barnett 2024-cü ildə Basketbol Şöhrət Zalına daxil edilmişdi.

Seçilən
1
2
msport.az

3Mənbələr