“Roma”, “İnter” və Braziliya millisinin sabiq futbolçusu Jair Da Kosta dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
Forvard 1967/68 mövsümündə “canavarlar”da çıxış edib və bundan əvvəl o, 5 il “İnter”in formasını geyinib.
Da Kosta həmçinin Çilidə keçirilən Dünya Kubokunda bir oyun keçirərək çempion olub.