"Roma”, “İnter” və Braziliya millisinin sabiq futbolçusu Jair Da Kosta dünyasını dəyişib.
"Referans" xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
Forvard 1967/68 mövsümündə “canavarlar”da çıxış edib və bundan əvvəl o, 5 il “İnter”in formasını geyinib.
Da Kosta həmçinin Çilidə keçirilən Dünya Kubokunda bir oyun keçirərək çempion olub.
Jair karyerasını 1976-cı ildə başa vurub və o vaxtdan bəri çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb, sakit ailə həyatına üstünlük verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta