RU

Gəncədə qadın küçə itlərinin hücumuna məruz qalıb

Gəncə şəhərində küçə itləri qadına xəsarət yetirib.Bu barədə SİA xəbər verir.

Gəncə şəhər ərazisində Goranboy rayon sakini 1977-ci il təvəllüdlü P.Əliyeva bir neçə küçə itlərinin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
10
sia.az

10Источники