Gəncə şəhərində küçə itləri qadına xəsarət yetirib.
KONKRET.az report-a istinadən xəbər verir ki, Gəncə şəhəri ərazisində Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü P.Əliyeva bir neçə küçə itinin hücumuna məruz qalıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.