RU

Axtarışda olan üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya olundu

BAKI, 25 aprel. TELEQRAF

Azərbaycan Respublikasının beynəlxalq axtarışda olan üç vətəndaşı Rusiyadan ölkəyə ekstradisiya olunub.

Teleqraf xəbər verir ki, məlumatı Rusiya saytları Azərbaycanın Baş Propkurorluğuna istinadən yayıb.

Onların kimliyi açıqlanıb: Qoşqar Cabir oğlu Nadirov, Rəşad Aslan oğlu Rüstəmov və Tural Bəhram oğlu Məmmədov.

Bu üç nəfər Rusiya ərazisində saxlanaraq, Ədliyyə Nazirliyinin penitensionar xidmət əməkdaşlarının müşayiəti ilə Azərbaycana gətirilib.

Избранный
21
teleqraf.com

1Источники