BAKI, 25 aprel. TELEQRAF
Azərbaycan Respublikasının beynəlxalq axtarışda olan üç vətəndaşı Rusiyadan ölkəyə ekstradisiya olunub.
Teleqraf xəbər verir ki, məlumatı Rusiya saytları Azərbaycanın Baş Propkurorluğuna istinadən yayıb.
Onların kimliyi açıqlanıb: Qoşqar Cabir oğlu Nadirov, Rəşad Aslan oğlu Rüstəmov və Tural Bəhram oğlu Məmmədov.
Bu üç nəfər Rusiya ərazisində saxlanaraq, Ədliyyə Nazirliyinin penitensionar xidmət əməkdaşlarının müşayiəti ilə Azərbaycana gətirilib.