Basketbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin son oyunu baş tutacaq.
Bu gün Basketbol üzrə Azərbaycan Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq.
Operativ Media xəbər verir ki, 1/4 final mərhələsinin son oyunu “Naxçıvan” və “Abşeron” komandaları arasında baş tutacaq.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
24 aprel
19:00 "Naxçıvan" – "Abşeron"
Bakı, İdman Sarayı. Seriyanın hesabı 1:1.
Yarımfinalda "Sabah" Şəki ilə, "Neftçi" isə "Naxçıvan" - "Abşeron" matçının qalibi ilə qarşılaşacaq.