Basketbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Bu gün Basketbol üzrə Azərbaycan Liqasında yarımfinal mərhələsinin ilk oyunları yekunlaşıb.
Operativ Media xəbər verir ki, ikinci oyun günündə “Neftçi” “Abşeron”u qəbul edib. Matç "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Basketbol Liqası
Yarımfinal mərhələsi, İlk oyunlar
27 aprel
14:00 "Neftçi" - "Abşeron" - 97:93 (17:19, 22:24, 24:23, 23:20,11:7 OT)
Bakı, İdman Sarayı.
Qalib komandanın ən yaxşı oyunçusu 26 xal toplayan Hendrix Vance Rose olub.
Bundan əvvəl yarımfinalın bir ilk oyunu keçirilib : "Sabah" - "Şəki" - 86:73.
Cavab görüşləri aprelin 29-da baş tutacaq.