Basketbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Bu gün Basketbol üzrə Azərbaycan Liqasında yarımfinal mərhələsinə start verilib.
Operativ Media xəbər verir ki, ilk oyun gününün ilk qarşılaşmasında hazırkı çempion “Sabah” "Şəki"ni qəbul edib.Oyun "Sabah"ın qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Basketbol Liqası
Yarımfinal, ilk oyun
26 aprel
14:10 "Sabah" – "Şəki" - 86:73 (20:14, 25:20, 23:19, 18:20)
Bakı, İdman Sarayı.
Qalib komandanın ən yaxşı oyunçusu 24 xal toplayan Ceyms Eads olub.
Yarımfinalın daha bir ilk oyunu sabah keçiriləcək.