RU

Rusiya NATO-nun təcavüzkar istəklərinə qarşı özünü müdafiə edəcək - Kreml

Rusiya tərəfi Şimali Atlantika Alyansının aqressiv istəkləri fonunda müdafiə qabiliyyətini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

Sitat.info xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS-a açıqlamasında deyib. 

"Putinin dediyi kimi, biz NATO ilə silahlanma yarışına girməyəcəyik, lakin biz əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Müdafiə qabiliyyətini təmin etmək üçün kifayət qədər geniş imkanlarımız var. Artıq bir çox qərarlar elan edilib və onlar icra olunur. Xüsusilə, söhbət Kareliya tank korpusunun yaradılmasından, iki hərbi dairənin - Leninqrad Hərbi Dairəsinin və Moskva Hərbi Dairəsinin yaradılmasından gedir. "Biz vəziyyətin təkamülünü yaxından izləyəcəyik. Lazım gələrsə, zəruri hesab etdiyimiz digər qərarları da qəbul edib həyata keçirəcəyik", - Qruşko vurğulayıb.

Xarici işlər nazirinin müavini həmçinin qeyd edib ki, NATO-nun düşmənçilik siyasəti aqressiv hərbi planlaşdırmaya əsaslanır və Rusiya hakimiyyəti müdafiə fəaliyyətlərində bunu nəzərə almağa məcburdur.

Nigar,

Sitat.info

 

Избранный
14
38
sitat.info

10Источники