AZ

"NATO özünün şərq "Axilles dabanını" Rusiyanın mümkün hücumuna hazırlayır" -  "Politico"

 
"Litva Rusiya hücumu ehtimalına qarşı Suvalki dəhlizinin müdafiəsini gücləndirir..."
 
Litva NATO-nun şərq cinahında "Axilles dabanı" sayılan Suvalki dəhlizinin təhlükəsizliyini təmin etmək üçün Polşadan silah daşınmasına imkan verəcək ikinci nəqliyyat marşrutunu inşa edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
 
Nəşrə verdiyi müsahibədə Litva müdafiə nazirinin müavini Tomas Qodlyauskas bildirib ki, Suvalki dəhlizi Rusiyanın Avropa İttifaqı və NATO ölkələrinə mümkün hücumuna qarşı qorunmaq üçün modernləşdiriləcək. 
 
2028-ci ilə qədər Litva Baltikyanı ölkələrlə Polşa arasında əsas quru marşrutu olan 113 km yol və 8 körpünü yenidən quracaq.
 
Planlara əsasən, Litva və Polşa arasında iki əsas yoldan biri hərbi məqsədlər- hərbi texnika və qoşunların daşınması üçün hazırlana bilər (digər yol isə artıq həm mülki, həm hərbi məqsədlərlə istifadə olunur).
 
Bundan əlavə, sərhədlərin təhlükəsizliyini artırmaq üçün yeni tədbirlər, məsələn, yoxlama-keçid məntəqələri və bloklama sistemləri, o cümlədən beton baryerlər nəzərdə tutulur, Qodlyauskas bildirib: "Xüsusilə Suvalki bölgəsində, Kalininqrad və Belarusla sərhədlərdə yeni mühafizə tədbirləri müzakirə olunur".
 
Radioelektron hücumlara, o cümlədən GPS siqnalının pozulmasına qarşı tədbirlər də əlavə şəkildə müzakirə olunur. Layihə Polşa ilə birgə həyata keçirilir və NATO və ya Avropa İttifaqı proqramları çərçivəsindən kənarda maliyyələşdiriləcək.
 
Litvanın Rusiyanın mümkün hücumuna hazırlığı
 
Litva müdafiə naziri Dovile Şakalene Belarus və Rusiya ilə sərhədi minalama niyyətində olduqlarını bildirib. Onun sözlərinə görə, sərhəd mühafizəsinin gücləndirilməsi planı Polşa və Finlandiyanın müdafiə nazirləri ilə ikitərəfli görüşlərdə müzakirə olunub.
 
Litva Sərhəd Xidməti Kalininqrad vilayətinə hərəkət edən Rusiya tranzit qatarlarını müşayiət edəcək yeni helikopter təqdim edib.
 
Daxili işlər naziri Vladislav Kondratoviçusun sözlərinə görə, helikopter xüsusi tranzit sxemi çərçivəsində hərəkət edən qatarların müşayiəti və potensial insidentlərə operativ reaksiya üçün nəzərdə tutulur.
Seçilən
44
38
moderator.az

10Mənbələr