RU

Arteta: “Arsenal” ixtiyari oyunçunu heyətinə cəlb edə bilər”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hazırda, “topçular”ın ixtiyari oyunçunu öz heyətinə cəlb edə biləcəyi qənaətindədir.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis bu barədə Çempionlar Liqasının 1/4 finalında “Real”ı mübarizədən kənarlaşdırdıqdan (evdə 3:0; səfərdə 2:1) car çəkib:

“Biz hər dəfə futbolçularla ünsiyyət quranda, onlar bizim klubumuzun bir hissəsi olmaq istəklərindən danışırlar. “Real” üzərində bu qələbə, “Arsenal”a güman ki, daha böyük etimad qazandıra bilər. Mən müvafiq axşamların bir hissəsi olmaq istəyirəm. İndi bizim klubumuz yaxşı vəziyyətdədir. Ümumilkdə biz hazırıq, “Arsenal” güclüdür və ixtiyari oyunçunu öz düşərgəsinə cəlb edə bilər”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalına çıxımış “Arsenal” burada Fransa nəhəngi PSJ ilə qarşılaşacaq. İlk oyun aprelin 29-da Londonda, cavab oyunu isə mayın 7-də Parisdə baş tutacaq.

Избранный
35
29
arena.az

10Источники