Qadınlar arasında Çempionlar Liqasının yarımfinalında Fransa “Lion”u ilə İngiltərənin “Arsenal” klubları arasında cavab oyunu keçirilib.
Publika.az xəbər verir ki, komandalar Fransanın Lion şəhərindəki “Groupama” stadionunda qarşılaşıblar. “Arsenal” 4-1 hesabı ilə qalib gələrək (iki oyunun nəticəsinə görə 5:3) turnirin finalına yüksəlib.
Finalda “Arsenal” İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq. Turnirin həlledici oyunu mayın 24-də Lissabonda (Portuqaliya) baş tutacaq.