RU

İngiltərə klubu Arda Gülərə təklif göndərdi

"Aston Villa" yayda Arda Güleri heyətinə cəlb etmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyada TEAMTalk məlumat yayıb.

Məlumatda Birmingem təmsilçisinin idman direktoru Ramon Monçinin türkiyəli yarımmüdafiəçinin pərəstişkarı olduğu bildirilib. "Aston Villa" 20 yaşlı Ardanın icarəyə götürülməsi variantını nəzərdən keçirir. "Real"ın əsas heyətinə düşə bilməyən Güler bu mövsümdə 32 matçda 3 qol və 7 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun Madrid klubu ilə 2029-cu ilin yayına kimi müqaviləsi var. Arda ilə maraqlanan klublar arasında "Liverpul" və "Bavariya" kimi klublar da var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
124
13
bizim.media

10Источники