AZ

“Qalatasaray”a rəqib çıxdı: Premyer Liqa klubu da onu istəyir

İngiltərə Premyer Liqa klubu “Aston Villa” Madrid “Real”ının ukraynalı qapıçısı Andriy Lunin üçün mübarizəyə qoşulub.

Publika.az xəbər verir ki, bu barədə “fichajes.net” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Birmingem komandası yayda klubu tərk etmə ehtimalı olan Emilian Martinesə əvəzləyici axtarır və Lunin əsas namizədlərdən biridir.

Bundan əvvəl ukraynalı qolkiperin agenti Xorxe Mendeşin “kral klubu”nun rəhbərliyi ilə təcili iclas keçirdiyi və bir sıra digər komandaların onunla maraqlandığı üçün müştərisinin klubunu dəyişmək istədiyi iddia edilmişdi.

Seçilən
0
13
publika.az

10Mənbələr