EN

Bu Asiya ölkəsi Rusiyaya doğru irəliləyir: ABŞ və Avropa qorxu içindədir

Malayziyanın baş naziri Ənvər İbrahimin diplomatik addımları, o cümlədən Moskvaya son səfəri ABŞ və onun müttəfiqlərində narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Qeyd edilir ki, Qərb ölkələri Kuala Lumpurun hərəkətlərini ticarət əlaqələrini şaxələndirmək və Amerikanın təsirindən asılılığı azaltmaq istəyi fonunda Rusiya və Çinlə həddən artıq yaxınlaşma kimi qiymətləndirirlər.

"Malayziya liderinin təşəbbüsləri regionu izləyən ekspertləri çaşdırıb. Çoxları ölkənin Moskva və Pekinlə inteqrasiyanı sürətləndirməsindən qorxur", - vurğulayıb.

Ə.İbrahimin Rusiyaya səfəri qlobal iqtisadi qeyri-sabitlik və dünya gücləri arasında artan rəqabət şəraitində baş tutub.

Chosen
0
50
publika.az

10Sources