AZ

"Çin mallarına yeni tariflər tətbiq edin" - Trampdan Avropa İttifaqına TƏLƏB


ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinə yeni tələb irəli sürüb. Ağ Ev rəhbəri Vaşinqtonla ticarət razılaşması əldə etmək üçün Avropa İttifaqından (Aİ) gələn Çin mallarına rüsumları artırmağa çalışır.“Wall Street Journal” qəzeti yazır ki, məlumata görə, Birləşmiş Ştatlar Aİ-nin Amerikanın Çinə iqtisadi təzyiq göstərmək kampaniyasına qoşulmasında israr edir və Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir.
Bununla belə, Çin Aİ-nin ixracatı üçün mühüm bazar olaraq qalır və təşkilat Pekinlə ticarət müharibəsində maraqlı deyil. Qəzetin mənbələri qeyd edir ki, Birləşmiş Ştatlar digər ölkələrlə, o cümlədən Cənubi Koreya və Yaponiya ilə ticarət danışıqlarında Çinlə bağlı oxşar tələblər irəli sürür.

Mətləb Salahov

Seçilən
0
6
baki-xeber.com

10Mənbələr