EN

Pakistan və Hindistan atəşkəs rejiminin vaxtını uzatdı

Pakistan və Hindistan hərbçiləri atəşkəs rejiminin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar deyib.

Bundan əlavə, Pakistan Xarici İşlər Nazirliyi Hindistanın müdafiə naziri Racnat Sinqhin Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) Pakistanın nüvə arsenalına nəzarət etməyə çağırışına da münasibət bildirib:

“Bu məsuliyyətsiz bəyanatlar Hindistanın təcavüzünə qarşı Pakistanın effektiv müdafiə və çəkindirmə tədbirlərindən doğan dərin narahatlıq və məyusluğunu əks etdirir”.

Chosen
0
1
axar.az

10Sources