EN

Vitkof və Rubio Ukrayna danışıqları üçün İstanbula yollanacaq

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff Dohada bildirib ki, o və ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula gedəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib . Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilir. Öz növbəsində, Vladimir Zelenski mayın 15-də İstanbula gəlmək niyyətini açıqlayıb. O, mövqeyini ABŞ lideri Donald Trampın Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırmasından sonra bildirib.

Ağ Ev sözçüsü mayın 13-də Rubio, Witkoff və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun İstanbula səfər etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
20
turkustan.az

10Sources