AZ

Zelenski və Putinin masadakı döyüşü: İstanbulda “rus ruleti”ni kim qazanacaq?

Mayın 15-də İstanbulda gözlənilən Rusiya-Ukrayna danışıqları ərəfəsində tərəflərin – Putin və Zelenskinin diplomatik manevrləri masadakı kəskin mübarizənin aynası kimi qəbul edilə bilər. Rusiyanın İstanbul danışıqlarının davam etdirilməsi təklifi Ukrayna və Qərb ölkələrinin “30 günlük atəkəs” planına qarşı gediş olsa da, əslində Putinin daha geniş hədəfləri var.

Birincisi, “30 günlük atəşkəs” təklifini qəbul etməklə danışıqlardan imtina edən tərəf olmamaq, həm də mövcud şərtlərdə Rusiya üçün lazım olan danışıqlar prosesinin davam etməsini təmin etməkdir;

İkincisi, danışıqları Ukrayna müharibəsində yeganə razılaşma olan və Rusiyanın tələblərinin nəzərə alındığı İstanbul anlaşması çərçivəsində davam etdirməkdir;

Üçüncüsü, ABŞ-ın Səudiyyə Ərəbistanı üzərindən həyata keçirdiyi vasitəçiliyi qarşısında Türkiyə alternativini aktuallaşdırmaqla əlini gücləndirmək və Vaşinqtonu Moskvanın mövqelərini nəzərə almağa sövq etməkdir;

Kiyevlə “resurs anlaşmasına” nail olandan sonra Vaşinqtonun Avropa İttifaqı və Ukraynanın “30 günlük atəşkəs” istəklərinə meylləndiyi və Ağ Evdən Kremlə sanksiyaların tətbiqinə dair siqnalların göndərildiyi müşahidə edilirdi. Kreml İstanbul danışıqlarının davam etdirilməsi təklifi ilə vəziyyəti xeyrinə dəyişmək gedişi etdi və mümkün qədər qısa müddətdə nəticə əldə etməyə tələsən Vaşinqton bununla razılaşdı. Bu, Ukraynanın maraqlarına mənfi perspektiv vəd edir, həm Moskvanın istədiyi gündəmin önə çıxması, həm də “30 günlük atəşkəs” planının baş tutmaması baxımından. Və bunun fonunda Zelenskinin gedişi xüsusilə maraq doğurur.

Ukrayna prezidenti bəyan etdi ki, İstanbulda Putinlə birbaşa danışıqlar apara bilər. Hətta Trampın da danışıqlara qoşulması təklifini irəli sürdü. Zelenskinin manevri uğurlu görünürdü.

a) Putinin Zelenski ilə görüşməsi Rusiyanın Ukrayna prezidentinin legitimliyini tanıması demək idi və belə bir görüş Kiyevin əlini gücləndirməsi baxımından effektli olardı: görüşə Trampın qatılması isə Ukraynada müharibə şəraitinə görə seçkilərin təxirə salınmasından sonra həm Moskva, həm Vaşinqton tərəfindən lazım olanda ortaya atılan Zelenskinin qeyri-legitimliyi məsələsini tamamilə gündəmdən çıxaracaqdı;

b) Putinin görüşə gəlməməsi – ki, bunun belə olacağı bəlli idi – həm Rusiyanı danışıqlarda maraqlı olmayan tərəfə çevirir, həm də danışıqların Ukraynanın maraqlarına uyğun olmayan İstanbul razılaşmaları çərçivəsində aparılmasını təxirə salır;

Seçilən
0
20
publika.az

10Mənbələr