İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib.
Bunlardan 12-si onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda start qiyməti 18 min 200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20 min manata, 3600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8344 manata satılıb.
Cari ay ərzində növbəti hərraclar mayın 20 və 27-də keçiriləcək.
Bizim.Media