AZ

Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi SATILDI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb.
 
Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
 
Bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib.
 
Bunlardan 12-si onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda start qiyməti 18 min 200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20 min manata, 3600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8344 manata satılıb.
 
Cari ay ərzində növbəti hərraclar mayın 20 və 27-də keçiriləcək.
Seçilən
0
4
moderator.az

10Mənbələr