EN

BMT Türkiyənin Rusiya - Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb

BMT Türkiyənin Rusiya və Ukrayna müzakirələrə ev sahibliyi etməsini alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun sözçüsü Stefan Dujarrik “Anadolu” agentliyinə deyib.

“Türkiyənin bu münaqişəyə son qoymaq səylərində oynadığı rolu hər zaman yüksək qiymətləndiririk. Mövqeyimiz dəyişməzdir – münaqişənin BMT-nin müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasını istəyirik və bu məqsədə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edirik”, - o bildirib.

O söyləyib ki, görüş planı haqqında detallar konkretləşəndə bu barədə daha ətraflı açıqlama veriləcək.

Qeyd edək ki, mayın 15-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rusiya və Ukrayna arasında ali səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur. Ağ Ev rəhbəri Donald Trampın da görüşdə iştirak edəcəyi gözlənilir.

Chosen
0
50
report.az

10Sources