AZ

BMT ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətini alqışlayıb

BMT ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı məhdudlaşdırıcı tədbirləri ləğv etmək niyyəti ilə bağlı açıqlamasını alqışlayıb.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə bildirib.

"Biz bu qərarı alqışlayırıq", - o deyib.

Dujarrik qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılması ölkənin iqtisadiyyatının bərpasına müsbət təsir göstərəcək.

“Bizim üçün Suriyanın sanksiyalardan azad olunması, ölkənin on ildən artıq davam edən münaqişədən sonra bərpası üçün vacibdir”, - rəsmi nümayəndə əlavə edib.
Seçilən
0
1
sherg.az

10Mənbələr