EN

PKK fəaliyyətini dayandırır: Regionda nələr dəyişəcək?

“PKK terror təşkilatı 1984-dən etibarən Türkiyə Cümhuriyyəti müdafiə qüvvələrinə qarşı silahlı qarşıdurmaya başlamışdı.  Abdullah Öcalanın rəhbərlik etdiyi təşkilata qarşı Türkiyə dövləti sarsılmaz bir şəkildə illər boyu mübarizəni davam etdirib”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli siyasi şərhçi İsmail Cingöz deyib.

O bildirib ki, Türkiyə illər boyu öz silahını istehsal edə bilmirdi:

“Türkiyə peyk görüntüləri və silah-sursat baxımından müttəfiq olduğu digər dövlətlərdən asılı vəziyyətdə idi. Həmin zamanlarda terror qruplaşmasının görüntülərin gec və xətalı verilməsinə görə mübarizə effektivliyini itirirdi. İndi Türkiyə öz silah-sursatını, PUA-larını özü istehsal edir. Bu da təşkilatla mübarizədə ciddi yol qət etməyə səbəb oldu. 

Türkiyə illər boyu maddi, mənəvi böyük qurbanlar verdi. Minlərlə əsgər, hüquq-mühafizəçisi şəhid və ya qazi oldu. Bunlarla bərabər sivil insanlar da zərər gördü. İnsanlar yaşadıqları yerləri tərk etmək məcburiyyətində qaldılar”.  

Politoloq bildirib ki, PKK-nın fəaliyyətini dayandırdığını bildirməsi əhəmiyyətli irəliləyişdir:

“Ancaq sadəcə PKK adı ilə bunu etməsi ad oyununa bənzəyir. Çünki, PKK-nın bir çox fərqli adlarla alt qrupları mövcuddur. İraq, İran, Ermənistan, Suriyada fərqli adlarla fərqli qruplar fəaliyyət göstərir. Bu qruplar gələcək zamanlarda yenidən Türkiyə düşmanı ölkə və qruplar tərəfindən maliyyələşdirilərək fəaliyyətə keçə bilərlər. 

Türkiyə artıq terrorla mübarizəyə ayırdığı enerjini dirçəlməyə, vətəndaşlarına iqtisadi dəstəyə ayıracaq. Çünki terrorla mübarizəyə görə insanlar bir çox sahədə- əkinçilik, sənaye və.s fəaliyyətlərini davam etdirə bilmirdilər. Türkiyə hazırda regional deyil, dünyəvi güc olmağa doğru irəliləyir. Bu dövrdə PKK-nın tam olaraq faəliyyətini dayandırması Türkiyənin gücünü artıracaq, türk dünyasını irəli mərhələlərə aparacaq. Bütün bunlar Türkiyəyə dost olan ölkələrində qazandığı mənasına gəlir. Türkiyə və Azərbaycan yeni dünya sisteminin inşa edildiyi dövrdə yeni dirçəlişlə enerji, dünyəvi geopolitika mərkəzinə çevriləcək. Türkiyə ilə birlikdə türk dünyası böyük dirçəliş əldə edə bilər”. 


Əfsanə Kamal
Demokrat.az
Chosen
0
50
demokrat.az

10Sources