İndiki məqamda Türkiyənin belə qəti addımlar atmağa vadar edən məsələlərin regional fonu da maraqlıdır. Məhz Türkiyənin Yaxın Şərqdə, o cümlədən Suriyada üstün geosiyasi vitrində görünməsi PKK-nın da ləğvinin sürətlənməsinə start verdi. Suriyadakı müvəqqəti hökumətlə PKK-nın Suriya filialı olan Suriya Demokratik Qüvvələri arasında imzalanan razılaşma Türkiyənin regiondakı qollarını qüvvətləndirir. Bu hadisədən sonra isə Türkiyə ilə İsrail arasındakı qarşıdurma xətləri Suriyada hərbi toqquşma həddinə qədər gəlib çıxdı.
Deməli, İsrailin yanaşmasının arxa fonu, Türkiyənin PKK ilə qurduğu əlaqələrin yaradacağı geosiyasi düzəndə mövqelənməyə istinad edirdi. Görünür ki, indi Türkiyə ilə İsrail kürd koalisiyalarına vahid bir pəncərədən baxmaq üçün razılaşma əldə etmək səylərini davam etdirirlər.
Bu fonda, İsraillə Türkiyə nümayəndələrinin Bakıda keçirilən görüşü də PKK mövzusundakı müştərək yanaşmaları izah edən faktora çevrilir. Türkiyə PKK üzərindən qurulan ideoloji və silahlı mübarizə təməllərinə sarsıdıcı zərbəni gerçəkləşdirdi və mahiyyət etibarı ilə PKK-nın köhnəlməsi regionda geosiyasəti çevikləşdirəcək. Bu regionda türklərin və kürdlərin "hegemon güclərə" qarşı birlik içində dayanması zərurətinə istinad edərək irəliyə doğru yeni bir yolu göstərir. Bunlara baxmayaraq bəzi suallar qalmaqdadır və onları belə qruplaşdırmaq olar:
- Ankara PKK-nın ləğvi ilə kənar aktorların hansı müdaxilələri ilə üzləşəcək?
- PKK-nın İraqdakı və Suriyadakı qanadları Öcalanın çağırışına müsbət cavab verəcəkmi?
- Xaricdəki PKK təbliğatı əsasında formalaşmış kürd diasporu hansı reaksiyalarla meydanda görünəcək? Hər halda, Türkiyənin dövlət strategiyası ona qarşı formalaşacaq yeni müqavimət oxuna uyğun cavablar hazırlayıb".