Cəlilabadda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
"QazEl" markalı nəqliyyat vasitəsi "Chevrolet Cruze" markalı avtomobilə çırpılıb. Bunun ardınca "VAZ-2107" markalı maşın "QazEl"lə toqquşub. "QazEl" isə əks istiqamətdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəzada xəsarət alan olmyıb, nəqliyyat vasitələrinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"