AZ

Cəlilabadda 4 nəqliyyat vasitəsi toqquşdu - FOTO

Cəlilabadda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin sürücüsü anidən əyləc sistemini basıb. Bu zaman arxadan "QazEl" markalı nəqliyyat vasitəsi "Chevrolet Cruze" çırpılıb. Bunun ardınca "VAZ-2107" markalı nəqliyyat vasitəsi "QazEl"lə toqquşub. "QazEl" də əks istiqamətdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəzada xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


 

Cəlilabadda

Cəlilabadda

Seçilən
0
5
avtosfer.az

7Mənbələr