EN

Ukrayna ordusu Zelenskiyə şərtini açıqladı: Putinlə danışıqlar bu halda mümkündür

BAKI, 12 may. TELEQRAF

Ukrayna ordusunun hərbçiləri əmindirlər ki, Rusiya ölkə ərazilərindən tamamilə çıxarılmayana qədər Rusiya ilə heç bir danışıqlar aparıla bilməz.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Ukraynanın hərbi mənbələrinə istinadla məlumat yayıb.

“Ötən həftəsonu Rusiya tərəfindən atəşlə müşayiət olunan üçgünlük atəşkəsdən sonra cəbhə xəttindəki ukraynalı döyüşçülərdən bəziləri Prezident Volodimir Zelenskiyə açıq mesaj verdilər: düşmən Ukrayna torpaqlarını tərk edənə qədər danışıqlar masasına əyləşməyin”, - məlumatda deyilir.

Rəsmi atəşkəsin başa çatmasından bir saat keçməmiş Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqlara başlamağı təklif edib. Zelenski ona cavab verib ki, bu, yalnız bazarertəsi (bu gün) başlamalı olan qeyd-şərtsiz bir aylıq atəşkəs şərti ilə mümkündür.

Ukrayna Milli Qvardiyasının zabiti əmindir ki, danışıqlar yalnız Ukraynanın 1991-ci il sərhədlərinin tam bərpasından sonra mümkündür.

“Bir hərbçi və Ukrayna vətəndaşı kimi hesab edirəm ki, danışıqlar masası arxasına oturmazdan əvvəl 1991-ci il sərhədlərinə qayıtmalıyıq. Bu qədər! Bütün qoşunlar Ukrayna ərazisindən tamamilə çıxarılmalıdır. Bundan sonra danışa bilək”.

Agentlik qeyd edir ki, bu fikri onun bölməsinin digər hərbçiləri də dəstəkləyir.

Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal edib. Moskva israr edir ki, Kiyev “yerdəki reallığı” tanımalıdır. Zelenskinin sözlərinə görə, müvəqqəti işğal olunmuş torpaqların bir hissəsi diplomatik kanallarla geri qaytarıla bilər, amma Ukrayna Konstitusiyasının müddəalarına görə ilhaqın rəsmi tanınması mümkün deyil. Prezidentin fikrincə, ərazi məsələlərinin müzakirəsi yalnız atəşkəs əldə edildikdən sonra mümkündür.

Mayın 11-də gecə keçirdiyi mətbuat konfransı zamanı Putin 2022-ci ildə İstanbulda (Türkiyə) bağlanmış və Ukraynanın daimi bitərəf statusunu nəzərdə tutan sənəd əsasında danışıqlara qayıtmağa çağırıb.

Chosen
0
20
teleqraf.com

10Sources