EN

Pakistan Hindistana qarşı genişmiqyaslı əməliyyata başladı

Pakistan ordusu Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Geo” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat Hindistanın davam edən təxribatlarına birbaşa cavab olub.

Bildirilib ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəflərə zərbələr endirir. Bisada “BrahMos” raket anbarının məhv edilməsi barədə məlumat var.

Bundan əvvəl Hindistan Pakistanın üç aviabazasına raket zərbələri endirib.

Eyni zamanda, Pakistan Baş naziri Şahbaz Şərifin Milli Komandanlıq Şurasının iclasını çağırdığı bildirilir.

Chosen
0
1
axar.az

10Sources