AZ

Pakistan Hindistana qarşı əməliyyat başlatdı: Çoxsaylı hərbi obyektlər məhv edildi

Pakistan Hindistanın zərbələrinə cavab olaraq Banyan-ul-Marsoos (Qurşunla örtülmüş divar) əməliyyatı çərçivəsində mühüm hərbi obyektlərə uğurla zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb: "Pakistan Hindistanın təcavüzünə ləyaqətlə cavab verib və indiyədək “Banyan-ul-Marsoos” əməliyyatı çərçivəsində Hindistanın əsas hərbi obyektlərinə uğurla zərbələr endirilib.

Bu əməliyyat bizim torpağımıza, xalqımıza və suverenliyimizə qəsd olan Hindistanın ilkin hücumuna cavab olaraq həyata keçirilir".

Bundan əvvəl "Geo TV" Pakistan ərazisinə endirilən zərbələrə cavab olaraq Pakistanın Hindistana qarşı irimiqyaslı hərbi əməliyyatının başlaması barədə məlumat yayıb. İlkin zərbələr nəticəsində BrahMos raket anbarının məhv edildiyi bildirilir.

Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar deyib ki, Pakistan silahlı qüvvələri yüksək hazırlıq vəziyyətindədir və yalnız müdafiə tədbiri olaraq Hindistan ərazisinə cavab zərbələri endirir.

Geo TV onun sözlərini sitat gətirib: "Pakistan silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və son regional gərginlik fonunda tam hazırdır. Son hərbi cavab sırf müdafiə xarakteri daşıyırdı".

Nazirin dediyinə görə, beynəlxalq ictimaiyyət "Hindistanın öz səhvlərinin ağırlığını dərk etməsində" öz rolunu oynamalıdır. O, Yeni Dehlinin son iki gündəki hərəkətlərini pisləyərək, onları "davamlı yalan axını" kimi xarakterizə edib: "Hindistan təxribatlarını davam etdirməsini gözləyə bilmərik. Qələbə Pakistanın olacaq".

Musavat.com

Seçilən
0
9
musavat.com

10Mənbələr