Rusiyanın şərqində güclü zəlzələ olub.
Rusiyanın Kamçatka diyarının Avaça körfəzi akvatoriyasında 5,1 maqnitudalı zəlzələ olub.
Operativ Media xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Seysmik hadisə Avaça körfəzi akvatoriyasında 58 kilometr dərinlikdə baş verib. Onun maqnitudası 5,1 təşkil edib”, – məlumatda deyilib.
Petropavlovsk-Kamçatskinin ayrı-ayrı hissələrində yeraltı təkanlar 3 baladək intensivliklə hiss edilib.