09:28 08.05.2025
09:28 08.05.2025
Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ olub.
Mynews.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Zəlzələ Avaça körfəzi akvatoriyasında 58 kilometr dərinlikdə baş verib. Onun maqnitudası 5,1 təşkil edib”, - məlumatda deyilib.
Petropavlovsk-Kamçatskinin ayrı-ayrı hissələrində yeraltı təkanlar 3 baladək intensivliklə hiss edilib.