Rusiyanın Kamçatka diyarının Avaça körfəzi akvatoriyasında 5,1 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Seysmik hadisə Avaça körfəzi akvatoriyasında 58 kilometr dərinlikdə baş verib. Onun maqnitudası 5,1 təşkil edib”, – məlumatda deyilib.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərinin bəzi hissələrində 3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta