EN

Çempionlar Liqasının ilk finalçısı müəyyənləşdi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "İnter" evdə "Barselona"nı qəbul edib.

"Ölkə.az" xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda keçirilən oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 3:3.

Simone İnzaqinin yetirmələri qarşılaşmanın ilk hissəndə rəqib qapısına iki dəfə yol tapa biliblər. Argentinalı Lautaro Martines 21-ci, türkiyəli Hakan Çalhanoğlu isə 45-ci dəqiqədə penaltidən "Barselona"nın azarkeşlərini məyus ediblər.

İkinci hissədə Hans Flikin yetirmələri üstünlüyü ələ keçirərək, ardıcıl üç dəfə fərqləniblər. Erik Qarsiya 54-cü dəqiqədə hesab arasında fərqi minimuma endirib, Dani Olmo isə 60-ci dəqiqədə baş zərbəsi ilə hesaba tarazlıq gətirib.

Rafinya 88-ci dəqiqədə "Barselona"nı önə çıxarsa da, Françesko Açerbi 90+3-cü dəqiqədə "İnter"i məğlubiyyətdən xilas edib.

Tərəflər arasında ilk görüş də 3:3 hesablı heç-heçə ilə başa çatdığından matçda əlavə 30 dəqiqə təyin edilib. Burada Frattezi Şensnını məyus edərək, "İnter"ə tarixi qələbə qazandırıb - 4:3.

Qeyd edək ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.

Chosen
0
11
olke.az

10Sources