İtaliya "İnter"i İspaniya "Barselona"sını məğlub edərək Çempionlar Liqasının ilk finalçısı olub.
Publika.az xəbər verir ki, “Cüzeppe Meatsa” stadionunda keçirilən qarşılaşma əlavə vaxtda 4:3 hesabı ilə başa çatıb.
“İnter” ilk hissədə iki dəfə fərqlənib: 21-ci dəqiqədə Lautaro Martinez, 45+1-ci dəqiqədə isə Hakan Çalhanoğlu penaltidən fərqlənib.
İkinci hissənin əvvəlində 54-cü dəqiqədə Erik Qarsiya və 60-cı dəqiqədə Dani Olmonun qolları ilə geri qayıdan “Barselona” 87-ci dəqiqədə Rafinhanın qolları ilə önə keçib. İtaliya yığmasını 90+3-cü dəqiqədə fərqlənən 37 yaşlı Françesko Acerbi xilas edib. "İnter"ə qələbə qazandıran qolu 99-cu dəqiqədə Davide Frattesi vurub.
İspaniyada keçirilən ilk görüş 3:3 hesabı ilə başa çatıb. Beləliklə, "İnter" ümumi hesabda 7:6 hesabı ilə qalib gəlib və finalda PSJ ( Fransa ) - "Arsenal" (İngiltərə) matçının qalibi ilə oynayacaq .