AZ

Çempionlar Liqasının yarımfinalında 7 qol vuruldu: İlk finalçı məlum oldu

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "İnter" evdə "Barselona"nı qəbul edib.

"Cüzeppe Meatsa" stadionunda keçirilən oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 3:3.

Tərəflər arasında ilk görüş də 3:3 hesablı heç-heçə ilə başa çatdığından matçda əlavə 30 dəqiqə təyin edilib. Burada Frattezi Şensnını məyus edərək, "İnter"ə tarixi qələbə qazandırıb - 4:3.

Qeyd edək ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

3Mənbələr