EN

Qara Qarayev: Dayanmaq fikrim yoxdur"

BAKI. 5 may. TELEQRAF

“Azərbaycan çempionatlarında 350 oyun keçirməyimdə zəhməti olan hər kəsə təşəkkür edirəm".

Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan" klubunun futbolçusu Qara Qarayev deyib.

Azərbaycan Premyer Liqasında XXXIII turun “Sabah”la matçında yubiley qarşılaşmasına çıxan 33 yaşlı müdafiəçi bu rəqəmə çatmaq üçün çox əziyyət çəkdiyini söyləyib: "Bunun üçün həm saglam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Müsbət haldır ki, bunları qoruyub saxlamışam".

350-də dayanmaq fikrində olmadığını deyən Qarayevin sözlərinə görə, hədəfi fiziki gücü imkan verdiyi qədər daha çox oyun keçirməkdən ibarətdir: "İlk oyunumdan bu günə qədər bütün görüşlərim əhəmiyyətlidir, hər birinin özünəməxsus yeri, uğuru, xatirəsi var, dəyərini dərk edirəm. Karyeramın bundan sonrakı hissəsində də keçirəcəyim oyunlara eyni dəyəri, keyfiyyəti qatmağa çalışacağam. Azərbaycan futboluna layiq olmağa çalışmışam, bundan sonra da belə olacaq”.

Qeyd edək ki, Qara Qarayev daha əvvəl "Qarabağ" və "Neftçi"də forma geyinib.

Chosen
0
7
teleqraf.com

10Sources