AZ

Qara Qarayev: “Azərbaycan futboluna layiq olmağa çalışmışam”

"Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev “Sabah”la oyunda çempionatda 350-ci matçına çıxıb.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi təəssüratlarını klubun mətbuat xidmətinə bölüşüb:

“Azərbaycan çempionatlarında 350 oyun keçirməyimdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Bu rəqəmə çatmaq üçün çox əziyyət çəkmişəm. Bunun üçün həm sağlam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Şükürlər olsun ki, bunları qoruyub saxlamışam. 

350-də dayanmaq fikrim yoxdur. Hədəfim fiziki gücüm imkan verdiyi qədər daha çox oyun keçirməkdir. İlk oyunumdan bu günə qədər bütün görüşlərim əhəmiyyətlidir, hər birinin özünəməxsus yeri, uğuru, xatirəsi var. Dəyərini dərk edirəm. Karyeramın bundan sonrakı hissəsində də keçirəcəyim oyunlara eyni dəyəri, keyfiyyəti qatmağa çalışacağam. Azərbaycan futboluna layiq olmağa çalışmışam, bundan sonra da belə olacaq”.

Azərbaycan millisinin futbolçusu ölkəyə qayıdır - ÖZƏL

Azərbaycan güləş məktəbinin yetirməsi olan dünya çempionu vəfat edib

“Azərlotereya” “Bakı Marafonu-2025”də 

Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib

Seçilən
0
15
apasport.az

10Mənbələr