“Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev “Sabah”la oyunda çempionatda 350-ci matçına çıxıb.
Publika.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi təəssüratlarını klubun mətbuat xidmətinə bölüşüb:
“Azərbaycan çempionatlarında 350 oyun keçirməyimdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Bu rəqəmə çatmaq üçün çox əziyyət çəkmişəm. Bunun üçün həm saglam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Şükürlər olsun ki, bunları qoruyub saxlamışam.