EN

Portuqaliyalı məşhur futbolçu Braziliya klubuna keçə bilər

Müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan, icarə əsasında İtaliya təmsilçisi "Milan"da çıxış edən Joau Feliks karyerasını Braziliyada davam etdirə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı-qaralar" 25 yaşlı hücumçunun transferi üçün danışıqlar aparır.

Braziliyalılar onu sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyirlər. Felikslə Portuqaliyanın "Benfika" klubu da maraqlanır.

Qeyd edək ki, hücumçu cari mövsüm 36 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
0
1
report.az

2Sources