Müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan, icarə əsasında İtaliya təmsilçisi "Milan"da çıxış edən Joau Feliks karyerasını Braziliyada davam etdirə bilər.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı-qaralar" 25 yaşlı hücumçunun transferi üçün danışıqlar aparır.
Braziliyalılar onu sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyirlər. Felikslə Portuqaliyanın "Benfika" klubu da maraqlanır.
Qeyd edək ki, hücumçu cari mövsüm 36 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.