16:30
Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.
Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd olunub ki, onun həyatı üçün təhlükə yoxdur.
09:36
Şəhid atası meşədə itkin düşüb.
Gundem.az xəbər verir ki, hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir. / Teleqraf