AZ

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapıldı

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.

Bu bardə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd olunub ki, onun həyatı üçün təhlükə yoxdur.

***
Şəhid atası meşədə itkin düşüb.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Seçilən
0
8
konkret.az

5Mənbələr