Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.
Bu bardə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Onun həyatı üçün təhlükə yoxdur.
Tarix: 5 May 2025, 16:10