Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən piyadalar üçün olan körpü qəzalı vəziyyətə düşüb.
Milli.Az xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, həmin körpüdən hər gün kənd camaatı, xüsusilə də məktəbə gedən şagirdlər istifadə edir.
Körpünün təhlükəli hala düşməsi kənd əhalisində ciddi narahatlıq yaradıb. Onlar bildirirlər ki, körpünün vəziyyəti həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükə yaradır.
Qeyd edÉ™k ki, Xaçmaz rayonunda Qudyalçay çayı üzÉ™rindÉ™ki avtomobil körpüsü dÉ™ qÉ™zalı vÉ™ziyyÉ™tÉ™ düşüb. Xaspoladoba kÉ™ndi É™razindÉ™ki körpünün sel sularının tÉ™siri nÉ™ticÉ™sindÉ™ qÉ™zalı vÉ™ziyyÉ™tÉ™ düşmÉ™si sÉ™bÉ™bindÉ™n 10-a yaxın kÉ™ndin rayon mÉ™rkÉ™zi ilÉ™ É™laqÉ™si çətinləşib.Â
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu bildirib ki, hazırda komissiyanın və digər əlaqədar dövlət qurumların nümayəndələri əraziyə baxış keçirirlər. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.
Asya
Milli.AzÂ
Məqaləyə dair fotomateriallar:

