Qubada güclü sel nəticəsində qəzalı vəziyyətə düşmüş Qaraçay üzərindəki körpü yenilənəcək.
Bu gün mütəxəssislər Quba-Qonaqkənd-Muçu yolunun 7-ci km-də yerləşən rayonun 2-ci Nügədi kəndindən keçən qəzalı körpüyə baxış keçiriblər.
Quba rayon icra başçısı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin 1-ci müavini Əvəz Qocayev, eləcə də “Körpü-Bina-Tikinti” MMC-nin mütəxəssisləri baxış zamanı körpünün orta dayağının tam çökdüyünü müşahidə ediblər. Qərara alınıb ki, burada yeni körpü tikilsin.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta