EN

Emin Mahmudovdan yubiley qolu

Azərbaycan milli komandasının üzvü Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin yubiley qolu Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib.

O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

Mahmudov “Neftçi”də keçirtdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib.O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib

 

Chosen
0
1
qafqazinfo.az

10Sources